54 ildə 99 milyondan çox insan həcc ziyarətinə gedib

13:00 24.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Baş Statistika İnstitutu 1968-ci ildən etibarən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərin sayını açıqlayıb.

Hafta.az-ın SPA-ya istinadən yazdığına görə, 2022-ci ilə qədər olan 54 il ərzində müqəddəs torpaqlarda 99 milyondan çox ziyarətçi daxil olub. 

Səudiyyə Ərəbistanı rəsmiləri bu il zəvvarların sayı ilə bağlı dəqiq bir rəqəm açıqlamasalar da, epidemiyadan əvvəlki rəqəmlərə çatmaq üçün 2023-cü ilə hazırlıq görüldüyü məlumdur. Krallığın Statistika İnstitutunun məlumatına görə, 2023-cü il üçün ölkə daxilindən və xaricdən 2,4 milyon zəvvarın gələcəyi gözlənilir.

Ölkənin 2030-cu hədəfləri çərçivəsində Məscidül-Haramda aparılan genişləndirmə işləri və Kovid-19 epidemiyasının sona çatması ilə zəvvarların sayının artırılması hədəflənir.