58 yaşlı kişini "tok" vurdu

16:39 08.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində elektrik dirəyində cərəyan vurması nəticəsində ölən 1964-cü il təvəllüdlü Əsgərov Fərhad Teyyub oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub.

FHN-dən hafta.az-a bildirilib ki, müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər F.Əsgərovun meyitini elektrik dirəyindən aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.