Fevralın 24-də Rusiyanın başladığı müharibədən sonra Yale Universiteti 1000 beynəlxalq şirkətinin Rusiya ilə bağlı siyasətini izləyib.
Hafta.az bildirir ki, yanacaq, onlayn alış-veriş və hava yolu şirkətləri də daxil olmaqla 600-dən çox şirkət Rusiya bazarından tamamilə çıxıb.
Müşahidə olunurdu ki, bəzi şirkətlər sadəcə olaraq müharibə səbəbindən fəaliyyətini dayandırıblar. Fəaliyyətini dayandıran şirkətlər arasında daha çox qida şirkətləri olub.
Yale Universitetindən verilən açıqlamada bəzi şirkətlərin yalnız sanksiyalar çərçivəsində hərəkət etdiyi, bəzilərinin isə sanksiyaların üstündə reaksiya verərək bazarı tamamilə tərk etdiyi bildirilib.
Digər tərəfdən, bəzi şirkətlər ölkədə fəaliyyətini davam etdirir. Bu şirkətlərin məsul şəxsləri istəsələr belə, Rusiyadan çəkilmələrinin mümkün olmadığını deyirlər. BBC-nin suallarını cavablandıran Burger King sahibi bunun səbəbini açıqlayıb.
Marks and Spencer (M&S), Burger King, otel şəbəkələri Marriott və Accor Rusiyanı tərk edə bilməyən şirkətlərdəndir.
Rusiyada 1000-ə yaxın filialı olan bu şirkətlər qanuni olaraq mürəkkəb françayzinq müqavilələrinə riayət etməyə borcludurlar.
BBC-nin suallarını cavablandıran “Burger King”in sahibi “Restaurant Brands International” Rusiyadakı əməliyyatlarının bu şəkildə həyata keçirildiyini açıqlayıb.
“Yaxın gələcəkdə uzunmüddətli müqavilələri asanlıqla dəyişmək mümkün görünmür”, - deyə bəyanatda bildirilir.
Bir çox ölkədə tətbiq edilən bu ticarət metodunda bir şirkət başqa şirkətin brendindən istifadə etmək və məhsullarını satmaq üçün franchise alır və bunun müqabilində haqq ödəyir.
Bird&Bird hüquq firmasının beynəlxalq françayzinq eksperti Graeme Payne deyir ki, bu, yeni bazarlara çıxmaq istəyən, lakin onlar haqqında kifayət qədər məlumatı olmayan Qərb şirkətləri üçün faydalı üsuldur.
“Bu gün bir çox insan deyir ki, niyə mağazalarını bağlaya bilmirlər? Hüquqi baxımdan belə birtərəfli addım çox çətindir və böyük hüquqi nəticələr verə bilər”.
Adətən 10 il və ya daha çox müddətə bağlanan bu müqavilələrin birtərəfli qaydada pozulması halında Qərb brendlərinin françayzinq sahibləri onları məhkəməyə verə bilər ki, bu da ciddi ziyanla nəticələnə bilər.