69 qanunsuz miqrant saxlanılıb

09:00 04.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Çanaqqalanın Ayvacık rayonu yaxınlığında rezin qayıq vasitəsilə qanunsuz yollarla dənizi keçməyə cəhd göstərən 39 miqrant saxlanılıb.

Hafta.az-ın məlumatına görə, əraziyə baxış zamanı başqa bir rezin qayıqda daha 30 nəfər yaxalanıb.

 

Aralarında qadın və uşaqların da olduğu miqrantların Əfqanıstan vətəndaşları olduqları müəyyən edilib.