74 yaşlı kişi 16-cı mərtəbədən özünü atdı

16:24 07.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda intihar hadisəsi baş verib. 

Lent.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 

İlkin məlumata görə, rayon sakini, 1949-cu il təvəllüdlü Vidadi Hüseyn oğlu Xanlarov yaşadığı 16-cı mərtəbədən özünü atıb. 

Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 

Hadisənin motivi hələlik məlum deyil. 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.