749 435 manat dəyərində dərman vasitələrinin qanunsuz ölkəyə gətilməsinin qarşısı alınıb

11:01 25.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Lənkəran şəhərində Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təlim davam edir.

Hafta.az-ın məlumatına görə, təlimdə bildirilib ki, Son illər dərman vasitələrinin qanunsuz yollarla ölkəyə gətirilməsi cəhdləri intensivləşmişdir. 2021-ci ildə gömrük orqanları tərəfindən 101 hüquqpozma faktı üzrə 749 435 manat dəyərində dərman vasitələrinin, 255 582 manat dəyərində qida əlavələrinin, 40472 manat dəyərində tibb ləvazimatlarının qanunsuz idxalının qarşısı alınmışdır.