Rusiya Hesablama Məhkəməsinin hazırladığı hesabatda ölkədə peşələrin cinsinə görə ayrılması davam etdiyi ortaya çıxıb. Hesabatda vurğulanır ki, Rusiyada qadınlar tez-tez təhsil, səhiyyə, otellər və mədəniyyət kimi aşağı maaşlı sektorlarda işləməyə davam edirlər. Yüksək maaşlı sektorlarda qadınların olması son dərəcə məhduddur.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, təhsil sektorunda çalışan qadınların nisbəti isə 82 faizdən çoxdur. Səhiyyə sektorunda bu nisbət 80 faizə yaxındır. Qadınların nisbəti otel idarəçiliyində 73 faiz, mədəniyyət, idman və əyləncədə 66 faiz, ticarətdə isə yüzdə 62 faizdir.
Təhsil sektorunda qadınların aldığı orta əməkhaqqı 40 min rubl (440 dollar) civarındadır. Ticarətdə bu orta hesabla 61 min rubla qədər yüksəlir. "Rosstat" 2023-cü ildə ölkə üzrə orta əməkhaqqını 73709 rubl olaraq açıqlayıb.
Qadın nisbətinin ən aşağı olduğu sektorlar arasında tikinti 12,2 faizlə liderlik edir.