Rus iş adamı Roman Abramoviç İstanbulun Anadolu Hisarı bölgəsində getdiyi restoranda 85 min lirə ödəyib. Ofisiantlara payladığı bəxşiş isə hesabdan iki dəfə çox olub.
Hafta.az-ın yazdığına görə, 13 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamları arasında yer alan rus oliqarx Roman Abramoviç ötən axşam dostları ilə İstanbul Anadolu Hisarıdakı restoranlardan birinə gedib.
Aşpaz Ömər Ataysinin ev sahibliyi etdiyi restoranda Abramoviç Adana kababı, yağlı kara, küşləmə və qanad yeyib. Daha sonra iş adamı dostları ilə məkanda uzun müddət söhbət edib. Xidmətdən razı qalan Abramoviç 85 min lirəlik hesabı ödəyib. Amma iş bununla yekunlaşmayıb, o, ofisiantlara da ümumilikdə 175 min lirə bəxşiş paylayıb.
Abramoviç çox sayda mühafizəçisinin müşayiəti ilə məkanı tərk edib.