Yeni il tətilində 450 mindən çox Rusiya vətəndaşı xaricə gedib.
Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, Turoperatorlar Assosiasiyası - ATOR xaricə istirahətə gedənlərin sayının əvvəlki illə müqayisədə 35-40 faiz artdığına diqqət çəkir.
Yeni il ərzində rusiyalı turistlərin ən çox diqqətini çəkən ölkələr Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Tailand olub. Birləşmiş Ərəb Əmirlikləri Rusiyadan gələn 100 min turistə ev sahibliyi etdiyi halda, Türkiyəyə üstünlük verənlərin sayı təxminən 90 min olub.
Turoperatorlar beynəlxalq uçuşların artması ilə yanaşı, narahatlıq və qeyri-sabitliyin azalması sayəsində turistlərin sayının çoxaldığını düşünürlər. Digər tərəfdən, rusiyalı turistlərin xarici turlara xərclədiyi pullar əvvəlki ilə nisbətən 20-60 faiz artıb.
Bunu hər biri 50 min nəfərlə Tailand və Misir, hər biri 10 min nəfərlə Şri-Lanka və Maldiv adaları izləyir.
Bəzi turizm operatorları avropalı müştərilərin sayının əvvəlki ilə nisbətən 15 faiz artmasına sevinirlər. Rusların ən çox səyahət etdiyi ölkələr Fransa, İtaliya, Yunanıstan və İspaniya olub.