I sinfə qəbulla bağlı apellyasiya müraciətlərinə başlanılıb

12:20 07.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 5-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələrə start verilib. Müsabiqələr 15 iyul tarixinədək davam edəcək.

 

Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, övladının müsabiqə nəticəsindən narazı olan valideynlərin apellyasiya müraciətlərini təqdim etmələri üçün Təhsil Nazirliyi tərəfindən [email protected] elektron poçt ünvanı yaradılıb.

 

Valideynlər iyulun 8-dən 16-dək [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.