Yazını böyüt
Yazını kiçilt
Abşeron rayonunda yanğın hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən xəbərə görə, Abşeron rayonunda ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markalı yük avtomobili, "Toyota" və “Kia” markalı iki minik avtomobilinin yanar hissələri yanıb. Bitişik Sex yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.