Rusiyanın Tümen vilayətinin Bədən Tərbiyəsi, İdman və Əlavə Təhsil Departamentin idarə rəisi Sergey Votinov canlı efirdə gözlənilməz hərəkətlə gündəmə gəldi.
Hafta.az bu haqda “Moskovskiye novosti” nəşrinə istinadla xəbər verir.
Məmur karantin səbəbi ilə evdə oturan vətəndaşlara müraciət edərək idman etməyi məsləhət görüb və kameralar önündə fiziki bacarıqlarını nümayiş etdirib.
S.Votinov bildirib ki, evdə bütün ailə üzvləri idmanla məşğul olur və fiziki formalarını qorumağa çalışırlar. Fiziki hərəkətləri evdən çıxmadan da asanlıqla icra etmək mümkündür.
Qeyd edilir ki, S.Votinov Rusiya idman ustası, biatlon üzrə ölkə çempionudur.
MM əməkdaşı karantın qaydalarını pozduğuna görə cəzalandırıldı

Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi Rəmzi Şükürov işdən çıxarıldı.
Hafta.az yazır ki, bu barədə “Report”a Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, bununla bağlı parlamentin Aparat rəhbəri Səfa Mirzəyev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, R.Şükürov Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən uzaqlaşıb.
2 günə 2,2 milyondan çox mesaj aldı

Sosial hesabında nömrəsini paylaşaraq, insanlardan mesaj gözlədiyini bildirən Mariya Şarapova təxminən 2 günə- 40 saat ərzində 2,2 milyondan çox mesaj aldı.
Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, koornavirusa görə gününü evdə keçirən keçmiş rus tennisçi mesajları oxumaqda çətinlik çəkdiyini bildirib.
Nazir karantin qaydalarını pozduğuna görə cərimələndi

Avstraliyada polis əməkdaşları Cənubi Uels ştatının dövlət xidməti məsələləri üzrə naziri Don Xarvini cərimələdilər.
Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə yerli “Age” qəzeti məlumat yayıb.
Bildirilib ki, nazir bölgədə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq edilən qaydaları pozduğu üçün 1 000 Avstraliya dolları (636 ABŞ dolları) məbləğində cərimə olunub.
Məsələ ilə bağlı polisin yaydığı açıqlamada bildirilib ki, 55 yaşlı kişi mart ayında qaydaları pozaraq şəhərətrafı bağ evinə köçüb. Cərimələnəndən sonra Don Xarvin Sidneyə qayıdıb.
Ştatın baş naziri Qledis Bereciklyanın sözlərinə görə, nazir “COVID-19”-la bağlı qaydaların tətbiqindən əvvəl köçüb. O, baş verəni “dəhşətli hadisə” adlandırıb.
Moskvadakı yanğında köməyə öncə müsəlman fəhlələr yetişdi

Moskvanın qərbində yaşlılar üçün özəl bir pansionatdakı yanğın zamanı ahıl qadın və kişilərin dadına xilasedicilərdən öncə Tacikistan və Özbəkistandan olan əmək miqrantları yetişdilər.
Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, qocalar evində yanğın aprelin 8-də axşam saatlarında baş verib. Xilasedicilər dərhal əraziyə çatıblar, lakin ilk qəhrəmanlar yerli sakinlər və xüsusən Tacikistan və Özbəkistandan olan fəhlələr olub. Onlar yanan binada ilişib qalanların köməyinə çatıblar.
Miqrantlardan Mirzə adlı biri şüşələri necə sındırması və insanlara bayıra çıxmağa necə kömək etməsindən danışıb:
"Qoca nənələrədən birinin harayını eşitdik: "Uşaqlar, kömək edin! " Dərhal oraya qaçdıq. Pəncərələri qırmağa başladıq. Nənələrin çoxu uzanmışdı. Özlərini itirmişdilər, çölə çıxmaq istəmirdilər, onları əllərimizdə çıxarmalı olduq...”
Mirzənin sözlərinə görə, insanlar yaşlı qadınları bütün mərtəbələrdən çıxarırdılar, ancaq nərdivanın olmaması səbəbindən ikinci mərtəbədən və daha yuxarıdan ahılları təxliyə etmək, demək olar ki, mümkün olmayıb.
"Bütün mərtəbələr qalın, qara tüstü ilə dolmuşdu. Hamı əlinə keçənlə pəncərələri sındırırdı. Mən əlimdə üç qoca qadını bayıra çıxardım...”- deyə müsəlman fəhlə bildirib.
Əkiz bacılar 5 gün fərqlə koronavirusdan vəfat etdilər

Uelsin Abersinon kəndindən olan əkiz bacılar koronavirusa yoluxublar və beş gün fərqlə dünyalarını dəyişdilər.
Hafta.az bu haqda İsrail mediasına istnadla xəbər verir.
66 yaşlı Eleanor və Eylin Endryus eyni evdə yaşayıb və hər şeyi birlikdə ediblər. Mart ayında Eleanor koronavirusa yoluxub. O, martın 29-da evdə vəfat edib. Xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkən Eylen isə beş gün sonra xəstəxanada ölüb.
Bacıların eyni evdə yaşayan 69 yaşlı qardaşları Filip hazırda xəstəxanadadır, onun koronavirus üçün etdiyi test müsbət nəticə göstərib. O da paralel olaraq xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkir. Həkimlər onun həyatı üçün mübarizə aparır...