İdmançılara pul mükafatından əlavə "BMW X5" də veriləcək

10:25 17.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Pekin Qış Olimpiadasında 32 medal qazanmış rusiyalı idmançılar, başqa ölkələrdəki idmançılarla müqayisədə daha çox mükafat əldə edəcəklər.
 
Hafta.az-ın yazdığına görə, indiki qarmaqarışıq vaxtda Rusiyanın adını yüksəkdə tutduqları üçün, rəsmi Moskva öz idmançılarını əvvəlki illərdən fərqli olaraq ikiqat mükafatlandırmağa qərar verib.
 
Qeyd edək ki, Rusiyada əvvəllər qızıl medal qazanan idmançıya 4 milyon, gümüş medal qazanana 2,5 milyon, bürünc medalın sahibinə isə 1,7 milyon rubl verilirdi. 
 
BU dəfə isə əlavə olaraq, qızıl medal sahibinə BMW X5, gümüş və bürünc medal alanlara isə BMW X3 markalı avtomobil hədiyyə ediləcək.
 
Bu yerdə, 30 kilomet qaçış üzrə kişi idmançılar arasında birinci olmuş Aleksandr Bolşunov, fərqli idman yarışları üzrə üç qızıl, bir gümüş və bir bürünc medal qazandığı üçün ümumilikdə 16,2 milyon rubl alacaq. 
 
Rus xizəkçi Natalya Nepryayeva isə bir qızıl, bir gümüş və bir bürünc medal qazandığı üçün 8,2 milyon rubl mükafat alacaq.