İki ayda 1 244 351 vətəndaşa 5 465 999 tibbi xidmət göstərilib - Dövlət Agentliyi

11:33 01.04.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ölkə üzrə cari ilin yanvar-fevral ayları ərzində 1 244 351 vətəndaşa 5 465 999 tibbi xidmət göstərilib.

Hafta.az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova saytımıza açıqlamasında bildirib.

Onun sözlərinə görə, beləliklə, bu dövrdə əhalinin 13 %-i icbari tibbi sığortadan yararlanıb. 2 507 890 müraciət üzrə tibbi xidmətlərin 82 %-i ambulator, 18 %-i isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərdən istifadə edənlərin 27 %-ni uşaqlar,  73 %-ni isə böyüklər təşkil edir.

Mart ayı üzrə tibbi xidmətlərin statistikası ay bitdikdən sonra açıqlanacaq.