İki nəfər qidadan zəhərlənib

11:35 27.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy rayonunun Erkəc kəndində 2 nəfər qidadan zəhərlənib.

 

Hafta.az-ın məlumatına görə, Goranboy rayon sakinləri - 1996-cı il təvəllüdlü N.Məmmədov və 2003-cü il təvəllüdlü S.Həsənalıyeva yaşadıqları evdə qidadan zəhərləniblər.

 

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

 

Zərərçəkmişlərin yaxınlarının bildirdiyinə görə, onlar göbələk yedikdən sonra vəziyyətləri pisləşib.

 

Faktla bağlı araşdırma aparılır.