Iki qardaş bıçaqlandı, biri sonradan öldü

09:38 23.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qətl hadisəsi törədilib.

 

Hafta.az “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

 

Lökbatan qəsəbəsində iki qardaş - 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlu və 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlu mübahisə zəminində bıçaqlanıblar.

 

Yaralılar xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səyinə baxmayaraq, beş bıçaq xəsarəti alan K.Cəfərovun həyatını xilas etmək mümkün oilmayıb.

 

Faktla bağlı araşdırma aparılır.