İkinci “Ağıllı kənd” layihəsi Füzulinin Dövlətyarlı kəndində olacaq

10:33 31.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə ilk “Ağıllı kənd” layihəsi başa çatmaq üzrədir.

Bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəz və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransda Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.

E.Əmirbəyov vurğulayıb ki, ikinci “Ağıllı kənd” layihəsi Füzulinin Dövlətyarlı kəndində olacaq.

O əlavə edib ki, hədəf işğaldan azad edilmiş ərazilərdə ağıllı layihələrin həyata keçirilməsinə qadınların cəlb edilməsidir.