İmişlidə qətl hadisəsi törədilib - FOTO

19:28 18.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonunun Çaxırlı kənd sakini öz qohumunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Hafta.az xəbər verir ki, kənd sakini, 1993-cü il təvəllüdlü Mürsəlov Azad Adil oğlu aralarında yaranan mübahisə zamanı qohumu, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Naqil oğluna çoxsaylı bıçaq zərbəsi endirərək onu öldürüb.

Hadisəni törədən Azad Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.