İmişlidə silsilə oğurluq edən şəxs saxlanılıb

11:48 13.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində silsilə oğurluq törətməkdə şübhəli bilinən Alim Məmmədli saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Alim Məmmədli beş evə qanunsuz daxil olaraq zərərçəkmişlərin ümumilikdə 10 min manatdan artıq pulunu və dəyəri 35 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb.

Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Alim Məmmədlinin digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.