İndi oyunu Rusiya və Azərbaycan oynayır, bizi sayan yoxdur - Erməni politoloq

16:45 28.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çoxlarının güman etdiyi kimi Rusiya indi o qədər də güclü deyil. Bunu artıq tək Ermənistanın düşmənləri bilmir.

Hafta.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu politoloq Edqar Elbakyan deyib.

Politoloqun fikrincə, Rusiyanın məhdud imkanları indi onun potensial rəqiblərinə məlumdur. Bunu başa düşən Rusiya da bütün müsbət və mənfi cəhətləri ölçüb-biçərək ehtiyatlı davranmağa başladı.

“İndi oyunu Rusiya və Azərbaycan oynayır, bizi sayan yoxdur. Çünki indiki hakimiyyətin atdığı addımlar nəticəsində Ermənistan faktiki olaraq öz subyektivliyini itirib. Hər şey 2018-ci ildə başladı. O zaman başlayan proseslər Ermənistanı subyekt olmaqdan məhrum etməyə yönəlmişdi. İndi biz daha çox zəif iradəli uşağa bənzəyirik”, - deyə ekspert bildirib.

Elbakyanın qeyd edib ki, Rusiya sülhməramlılarının nəzərincə Qarabağda azərbaycanlıların əldə etdiyi yüksəkliklər əhəmiyyətsizdir və heç bir dəyəri təmsil etmir.

Buna baxmayaraq, politoloq Moskva ilə Bakı arasında mümkün qarşıdurmanı istisna etməyib. Ancaq o, bu günün hələ çox, çox uzaq olduğunu söyləyib.