İndoneziya Qətərin “Mirage 2000” döyüş təyyarəsi donanmasını alır

11:10 16.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İndoneziya Qətərin Fransa istehsalı olan döyüş təyyarələri donanmasını alacaq.

Hafta.az-ın yazdığına görə, İndoneziya Hərbi Hava Qüvvələri tərəfindən edilən açıqlamada, yanvar ayında Çex media brokeri “Excalibur International”la Qətər Hərbi Hava Qüvvələrinin 12 ədəd “Dassault Mirage 2000” döyüş təyyarəsi donanmasını 795,14 milyon dollara almaq üçün müqavilə imzaladığı açıqlanıb.

Açıqlamada, müqavilənin imzalandığı tarixdən etibarən iki il ərzində sözügedən təyyarələrin İndoneziyaya təslim ediləcəyi bildirilib.

“Mirage 2000” döyüş təyyarələrinin İndoneziyanın Cənubi Çin dənizi yaxınlığındakı Kalimantan adasındakı Supadio aviabazasına yerləşdirəcəyi düşünülür.