İnşaat materialları bazarındakı yanğında 1 NƏFƏR ÖLÜB

09:00 23.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

23.11.2023-cü il saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

 

TƏBİB-dən hafta.az-a bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub.


Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb, 1 şəxsə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.