İrakli Kadaqişvili: “Milli Hərəkat” tərəfindən səs ovu başlayıb”

09:11 23.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Milli Hərəkat”ın üzvləri seçkiqabağı səs ovuna başlayıblar”.

Hafta.az-ın yazdığına görə, bu haqda parlament çoxluğunun üzvü, deputat İrakli Kadaqişvili deyib.

“Mixeil Saakaşvili məsələsini zaman-zaman unudurlar və sonra qəfil yada salırlar. İndi seçkilər gəlir və əlbətdə, Saakaşvilinin şəxsi səs resursları var. Bu aktivlik həmin səsləri almaq üçün edilir. Sözsüz ki. sonda Mixeil Saakaşvili qruplardan birini seçməli olacaq. Yəqin ki, böyük ehtimalla o, diqqətini 5 nömrə ilə çıxacaq köhnə “Milli Hərəkat”a yönəldəcək”, - İrakli Kadaqişvili qeyd edib.