İrakli Kobaxidze: “Tramp seçkilərdə qalib gəlsə, regionumuz sakitləşəcək”

10:50 22.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Donald  Tramp seçkilərdə qalib gəlsə, Ukraynada müharibə daha tez başa çatacaq və müvafiq olaraq regionumuz sakitləşəcək. Bu xüsusilə Gürcüstana münasibəti də dəyişəcək”.

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.

Kobaxidze deyib ki, ABŞ Prezidentinin kim olacağına Amerika xalqı qərar verməlidir.

“İlk növbədə, əlbətdə biz heç kimin seçkilərinə müdaxilə edə bilmərik. Deyilə biləcək yeganə şey odur ki, Tramp qalib gəlsə, Ukraynada müharibə daha tez başa çatacaq. Regionda sülh olsa, Gürcüstana münasibət də dəyişəcək. Bu, bununla bağlı deyilə biləcək yeganə şeydir. Qalanı Amerika xalqının seçimidir. ABŞ Prezidentinin kim olacağına Amerika xalqı qərar verməlidir”, - Kobaxidze bildirib.

“Salome Zurabişvilinin şəffaflığa qarşı şikayət ərizəsinin nə hüquqi baxımdan, nə də başqa nöqteyi-nəzərdən perspektivi olacaq”. Bunu da baş nazir Kobaxidze jurnalistlərə deyib. O, şikayət ərizəsinin müsbət tərəfinin Salome Zurabişvilinin səhvə yol verməsi və Konstitusiya Məhkəməsinin legitimliyini tanıması olduğunu bildirib.

“Zənnimcə, şikayət ərizəsinin heç bir perspektivi olmayacaq. Şəffaflığın pis, hüquqi baxımdan yanlış olduğunu iddia etmək sadəcə imkansızdır. Bu şikayət ərizəsinin malik olduğu bir müsbət tərəfi odur ki, Salome Zurabişvili səhvə yol verdi, konstitusiyanı pozduğunu elan etdiyi Konstitusiya Məhkəməsinin legitimliyini tanıdı. Bununla da o, ölkə konstitusiyanı pozanın prezident olduğunu etiraf etdi. Özü bu faktı etiraf edir, bu da çox yaxşıdır”, - deyə Kobaxidze bildirib.

Hökumət başçısı seçkiyə toxunaraq deyib ki, beynəlxalq təcrübəyə əsasən hərəkət edəcəklər, bütün diplomatik nümayəndəliklərdə seçki məntəqələri açılacaq.

Baş nazir, bunun, beynəlxalq təcrübə olduğunu bildirib.