İrakli Qaribaşvili: Gürcüstanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək

16:48 29.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələ bağlanıb. Ölkədə növbədənkənar parlament seçkiləri keçirilməyəcək.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili martın 29-da jurnalistlərə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, 2020-ci il oktyabrın 31-də ölkədə ədalətli, şəffaf və azad seçkilər keçirilib. ATƏT və digər beynəlxalq təşkilatlar, aparıcı dövlətlər həmin seçkilərin demokratik keçirildiyini təsdiqləyib və Gürcüstan hökumətini bu münasibətlə təbrik edib. Ona görə də ölkədə növbədənkənar parlament seçkiləri olmayacaq. Bu məsələyə dair söhbətlər başa çatıb.

Qeyd edək ki, Gürcüstanda 5 ay əvvəl keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası qalib gəlib.