İran İsrailin qurumlarına kiberhücum etməyə çalışır

09:55 27.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin Kibertəhlükəsizlik İdarəsi bildirib ki, İran onların rəsmi qurumlarına qarşı kiberhücuma cəhd edir.

Hafta.az-ın "Times of Israel" qəzetinə istinadən yazdığına görə, Kiber Təhlükəsizlik Müdirliyinin açıqlamasında zərərli proqram təminatına imkan verəcək zəruri təhlükəsizlik yeniləməsini tələb edən e-poçt mesajı göndərdiyini bildirib.

Açıqlamada, istifadəçilərdən hücumların qarşısını almaq üçün əvvəlcədən tədbir görmələri, şübhəli e-poçtları bildirmələri və onları yoxlamadan əvvəl linklərə klikləməkdən çəkinmələri istənilib.