İran Hörmüz boğazında nəqliyyatın tam nəzarətində olduğunu iddia edir

21:01 12.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında gəmiçilik hərəkəti üzərində tam nəzarətə malik olduğunu açıqlayıb.

Hafta.az xəbər verir ki, teleqram kanalında dərc olunmuş açıqlamada deyilir: “Bütün hərəkət İran silahlı qüvvələrinin tam nəzarəti altındadır”.

Qeyd edək ki, ötən gün İslamabadda ABŞ-İran danışıqları keçirilib. 21 saat davam edən danışıqlar nəticəsiz başa çatıb.