İran səfiri XİN rəsmisi ilə görüşüb

12:48 12.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə görüşüb.

Hafta.az-ın məlumatına görə, bu barədə səfir şəxsi tvitter səhifəsində paylaşım edib.

“Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva ilə görüşdən məmnun qaldım. Biz, ikitərəfli əlaqələrimizin son inkişaflarını, xüsusilə də media və ictimai diplomatiya sahələrində Xarici işlər nazirliklərinin daha sıx əməkdaşlığını müzakirə etdik", - səfir vurğulayıb.