İranda 4,9 bal gücündə zəlzələ olub

20:23 10.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın qərbində, İraqla sərhəddə 4,9 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Dehloran şəhərindən 37 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərər çəkənlər barədə məlumat verilməyib.