İranda 4.3 bal gücündə zəlzələ baş verib

23:21 10.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Hörmüzqan əyalətində 4.3 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, yeraltı təkanlar əyalətin Qala Qazi bölgəsində yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.