İranda COVID-19-a yoluxanların sayı artır

16:47 13.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 118 nəfər koronavirusdan (COVID-19) ölüb.

Hafta.az-ın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 138 949 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 3330 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 712 3093 nəfərə çatıb.