İranda daha 37 nəfər koronavirusdan ölüb

15:49 02.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 37 nəfər koronavirusdan (COVID-19) ölüb.

Hafta.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 140 277 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1 887 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 166 371 nəfərə çatıb.