İranda koronavirusdan 434 nəfər ölüb

19:00 01.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda bir gündə rekord sayda - 434 insan koronavirusun qurbanı olub.

Hafta.az IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda ümumilikdə, 35 298 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada 7 719 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 620 491-ə yüksəlib.

Məlumatda həmçinin 5 244 nəfərin ağır vəziyyətdə olduğu, 486 691 nəfərin isə sağaldığı vurğulanıb.