Yazını böyüt
Yazını kiçilt
İranda ötən dərs ilində 900 mindən çox uşaq və yeniyetmə məktəbi tərk etmək məcburiyyətində qalıb.
Bu barədə Azad Iran Telegram kanalı məlumat yayıb.
İranın Statistika Mərkəzinin məlumatlarının təhlili göstərib ki, 2022/23-cü tədris ilində 930 mindən çox insan təhsilini başa vurmayıb.
Ekspertlərin qeyd etdiyi kimi, təhsil prosesinin dayanmasının əsas səbəbi yoxsulluğun səviyyəsinin artmasıdır.