İrandan ABŞ-a Hörmüz-lə bağlı yeni təklif

09:45 27.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tehran münaqişənin həlli məqsədilə Vaşinqtona yeni təklif təqdim edib. Təklifdə ABŞ tərəfindən tətbiq olunan blokadanın qaldırılması, Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı danışıqların irəlilədilməsi nəzərdə tutulur.

Hafta.az xəbər verir ki, İran nümayəndələri Pakistandakı vasitəçilər vasitəsilə ABŞ tərəfinə yeni təklif çatdırıblar. Bu təşəbbüsün danışıqlardakı mövcud durğunluğu aradan qaldırmağa və İran rəhbərliyinin Tramp administrasiyası ilə razılığa gəlmək üçün hazır olduğu nüvə güzəştləri ilə bağlı fikir ayrılıqlarını azaltmağa yönəldiyi düşünülür.

Belə fikirlər var ki, İranın təklifi əsasən Hörmüz boğazı ətrafında yaranmış böhranın və ABŞ blokadasının aradan qaldırılmasına hesablanıb. Təklifdə tərəflərin atəşkəsi uzunmüddətli əsasda uzatması və ya münaqişəyə birdəfəlik son qoyması məsələsi də yer alır. Nüvə proqramı ilə bağlı danışıqlar yalnız sonrakı mərhələdə - Hörmüz boğazı açıldıqdan və blokada aradan qaldırıldıqdan sonra başlanmalıdır.

Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp aprelin 27-də İranla danışıqlarda yaranmış çıxılmaz vəziyyəti və münaqişə ilə bağlı mümkün növbəti addımları müzakirə etmək üçün kabinet iclası keçirməyi planlaşdırır./“Axios”/