İraq Məhkəməsindən Kürdistan qərarı: Gəlirlər Bağdada verilməlidir

09:15 22.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraqın Ali Federal Məhkəməsi İraq Kürd Regional Rəhbərliyi (KRR) Nazirlər Şurasından bütün neft və qeyri-neft gəlirlərini Bağdad hökumətinə köçürməsini tələb edən qərar çıxarıb.

Hafta.az-ın İNA-ya istinadən yazdığına görə, məhkəmə həmçinin mərkəzdə və KRR-də olan bütün dövlət işçilərinin maaşlarının federal banklara yatırılmasına qərar verib.

Ali Federal Məhkəmənin qərarında regional işçilərin aylıq büdcəsini Federal Maliyyə Nazirliyinə təqdim etmək öhdəliyi də var.

Məhkəmə Bağdaddakı federal hökumət bölgədəki maaşların ona bağlı dövlət bankları vasitəsilə göndərilməsini, vəsaitlərin bu dövlət bankları vasitəsilə bölgə işçilərinə köçürülməsini və paylanmasını tələb edib.

Digər tərəfdən, KRR hökuməti maaşların bölgədəki özəl banklara və ya İraq Mərkəzi Bankının şöbəsi vasitəsilə göndərilməsini israr edir.

Keçən iyun ayında İraq parlamenti illik dəyəri 150 milyard dollar olan üç illik ümumi büdcə qanununu təsdiqləyib.

Büdcə layihəsində KRR bölgəsinin hasil etdiyi neftin İraq Neft Marketinq Şirkətinə (SOMO) təhvil verilməsi və onunla razılaşdırılaraq satılması, ixracı mümkün olmadıqda isə yerli olaraq istifadə edilməsi qeyd olunub.

Büdcə, həmçinin Federal Maliyyə Nazirliyinin regionun rüsumlarını aylıq maliyyələşdirmə öhdəliyi müqabilində Kürd muxtariyyətinin qeyri-neft gəlirlərinin dövlətə verilməsi öhdəliyini də ehtiva edir.