İraq həbsxanalarında 8 minə yaxın edam cəzasına məhkum olunmuş məhbus saxlanılır.
Hafta.az-ın “Kanal8”ə istinadən yazdığına görə, İraq Nümayəndələr Palatasının İnsan Haqları Komitəsi həbsxanalardakı sıxlığı azaltmaq üçün haqqında edam hökmü çıxarılmış şəxslərin edam olunmasını xahiş edib.
İraq Parlamentinin İnsan Haqları Komitəsinin üzvü Züheyir Fətləvi açıqlamasında ölkədəki həbsxanaların sıx olduğunu bildirib. Onun sözlərinə görə, həddindən artıq sıxlıq təkcə xidmətlərin fəaliyyətini pozmur, həm də məhbuslar arasında xəstəliklərin yayılmasına səbəb olur.
2014-cü ildən bu yana terror cinayətlərinə görə 8 min adamın edam cəzasına məhkum edildiyini xatırladan Fətləvi o vaxtdan bəri heç kimin edam olunmadığını bildirib.
Zühayir Fətləvi prezident Əbdüllətif Rəşiddən 8 min edam məhkumunun cəzasını təsdiqləməyi istəyib və onu "həbsxanada saxlamaq əvəzinə cəzalarının icrası üçün lazımi razılığı verməyə" çağırıb.
Zühayir Fətləvi əfv qanun layihəsinə toxunaraq, "Hər kəsin öz hüquqlarını bərpa edə bilməsi üçün komitə əfvlə bağlı qanun layihəsinin təsdiqini sürətləndirməlidir" deyib.