İraq daha əvvəl terror təşkilatı PKK-nı qadağan olunmuş təşkilatlar siyahısına daxil etmişdi. Bununla bağlı daha bir addım ataraq PKK-ya bağlı 3 partiyanın fəaliyyətini qadağan edib. Qərar İraqın Ali Məhkəmə Şurası tərəfindən qəbul edilib. Şura həmçinin 3 partiyaya məxsus bütün əmlakın müsadirə edilməsinə qərar verib.
Hafta.az-ın yazdığına görə, İraq Milli Təhlükəsizlik Müşavirliyi məsələ ilə bağlı qərar verilməsi üçün Ali Məhkəmə Şurasına müraciət edib. Şura ərizəni müzakirə edərək, Yezidilərin Demokratik və Azadlıq Partiyası, Demokratik Mübarizə Cəbhəsi Partiyası və Tevgera Azadinin fəaliyyətinin dayandırılması, mal varlığının müsadirə edilməsi barədə qərar qəbul edib. Qərar həmin partiyaların birbaşa PKK ilə əlaqəsi olduğu əsas götürülüb.
İraq hökuməti ötən ay PKK-nı qadağan olunmuş təşkilat kimi müəyyənləşdirib və bununla bağlı bütün rəsmi qurumlara məktub göndərilib.
Terror təşkilatı PKK Şimali İraqda təsirli olmağa çalışır. Türkiyə İraqın məlumatı ilə bölgədə həyata keçirdiyi əməliyyatlarla təşkilatın bu məqsədinin qarşısını almağa çalışır. PKK-nın bölgədəki fəaliyyətindən İraq və regional kürd administrasiyası da narahatdır.