“Adekvat cavab olaraq tarixi haqsızlığa son qoyulmalı və İrəvan Xalq Cümhuriyyətinin qurulması istiqamətində qətiyyətli addımlar atılmalıdır. Ermənistanda yeni bir dövlətin qurulması oradan didərgin salınmış milyonlarla soydaşımızın öz yurdlarına qayıtmasına, həm də o ərazilərdə yaşayan ermənilərin terrorçu siyasi iradə və düşüncədən qurtuluşuna və regionda sülhün təminatına vəsilə olacaqdır”.
Bunu hafta.az-a 31 Mart soyqırımının tarixi faktlarına əsaslanaraq hansı adekvat addımların atılması ilə bağlı açıqlama verən hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu bildirib.
Hərbi analitik erməni faşistlərinə qarşı müasir Azərbaycanın apardığı haqq savaşının zəfərinə diqqət çəkərək, bu istiqamətdə hələ də həllini gözləyən məsələlərin qaldığını xatırladıb. Onun fikrincə, ermənilərin 104 il əvvəl bolşevik havadarları ilə birlikdə azərbaycanlılara qarşı törətdiyi 31 Mart soyqırım faktı bizi tariximizə nəzər salıb bir daha düşünməyə vadar edir.
“2020-ci ildə ərazilərimizi işğalçılardan azad etməyə nail olsaq da, ata-babalarımızın qanı ilə yoğrulan o tarixi torpaqlarımız, mirasımız hələ də düşmən tapdağı altındadır.
1828-ci ildə əzəli torpağımız olan İravana köçürdülən ermənilər Azərbaycanın əzəli torpaqlarında özlərinə dövlət qurmağa nail oldular. Andraniklərin, Şaumyanların rəhbərliyi ilə minlərlə insanımızı qətlə yetdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə sərhədlərimiz içərisində olan Qərbi Zəngəzurda yüzlərlə kəndi yandırıb vətəndaşlarımızı diri- diri çuxurlara basdırdılar. 1920-ci ildə sovet işğalına məruz qalmış Azərbaycandan Zəngəzuru qanunsuz olaraq qoparıb Ermənistana birləşdirdilər.Yurdumuza köçürülən bu murdar tayfa hər keçən gün daha yeni ərazilər işğal etmək üçün dayanmadan təxribatlara əl atdı. Məkirli imperialist qüvvələrin Qafqaz siyasətinin nəticəsi 31 mart soyqırımları və tarixi torpaqlarımızın qoparılması oldu...”
A.A.İmamqulu 31 Mart soyqırım günündə bütün şəhidlərimizi hörmətlə anaraq - “Bir kərə yüksələn Bayraq bir daha enməz”, - nidaları ilə O qisasın alınacağına inandığını bildirib.