Misirli jurnalist, "Erməni silahlı dəstələrinin müsəlman kürd və türklərə qarşı qətliamları" kitabının müəllifi Sabir Məşhur Ermənistanın iç üzünü açan video paylaşmaqla, Misir ictimaiyyətinin diqqətini ermənilərin yalan üzərində qurulan siyasətinə cəlb edib.
Hafta.az-ın yazdığına görə, jurnalist videoda bölgənin xəritəsini göstərir və sonra deyir ki, İslam 1400 ildir erməniləri öz daxilində yaşatdı. Amma bu gün orada müsəlman yaşamır. "ABŞ-ın araşdırma institutlarından biri qeyd edir ki, Ermənistan əhalisinin 1 faizi müsəlmandır. Amma mən deyirəm ki, bu gün Ermənistanda 1 nəfər belə müsəlman yaşamır. Bayaq dediyim kimi, müsəlmanlar 1400 ildir Ermənistanı idarə edir, əgər İslam pis olsaydı, bu gün bircə erməni qalmazdı. Dünyada 20 milyon erməninin olduğunu deyirlər - hardan çıxdı o qədər erməni? Bir dəfə livanlı bir erməni mənə deyir ki, "siz öldürdünüz erməniləri". Mən də cavab verdim ki, biz sizi öldürsəydik, 1400 ildir Suriyanı, Livanı müsəlmanlar idarə edir, onda sizdən bircə nəfər belə qalmazdı. Livanda kotolik. ortodoks, yəhudi, erməni, süryani, keldani - hər kəs var. Suriya, Livan və İraqda 20-dən mox din və millət mövcuddur. Bu isə islamın böyüklüyünü göstərir. Bəs Ermənistanda müsəlman yaşayırmı, xeyr. Deyirlər 800 müsəlman var. Onlar kimdir - hamısı İrandan gəlmiş şiələrdir, ticarətləri və sair var və İrana yarınmaq üçün onlara dəymirlər. Fransa əhalisi 100 faiz kotolik, İngiltərə əhalsii isə 100 faiz protestantdır. Hamısı eyni cürdür" deyən misirli jurnalist videoda "Böyük Ermənistan"ın cızıldığı Yaxın Şərqin xəritəsini göstərir və qeyd edir ki, baxın, cənub-şərqi və şərqi Anadolu, Gürcüstan və Azərbaycanın böyük hissəsi, İranın bütün şimal-qərbi, İraq və Suriya, Livan və hətta İsrail ərazilərindək Yaxın Şərqin böyük hissəsi Ermənistanın ərazisi kimi göstərilir. "Əslində ermənilər bu xəritəni tərtib etməklə yalnız Türkiyə və Azərbaycana deyil, Gürcüstan, İran, İraq, Suriya, Livan, İsrailə ərazi iddiası irəli sürürlər. Kürd torpaqlarından isə ümumiyyətlə söz gedə bilməz. Mən burada Türkiyəni xüsusilə qeyd etmək istəyirəm. Ermənilərin təbirincə, Türkiyə ətraziləri parçalansa kürdlər millət olaraq məhv ediləcəklər, ermənilər onları qoyun kimi kəsəcəklər. Odur ki. Türkiyənin güclü və vahid dövlət olaraq qalması kürdlərlə ərəblərin ölüm-qalım məsələsidir", - deyir S.Məşhur.
"Bu gün Türkiyədə 150 min civarında erməni qeyri-qanuni şəkildə yaşayır və ya işləyir" deyən jurnalist sözünə belə əlavə edir: "Türkiyədə 80 mindən artıq erməni vətəndaş da türklərlə eyni hüquq və imtiyazlara sahibdir. Heç kim ermənilərdən millətinin nə olduğunu soruşmur və buna görə ona bir söz də demir. Amma baxaq, Ermənistanda niyə 1 nəfər də olsun türk yoxdur? Vaxt vardı İrəvan şəhərinin 80 faizi müsəlmanlardan ibarət idi, hara getdi o 80 faiz insan, niyə getdi, bu suala cavab verə bilərmi ermənilər? Bütün bunlar əslində kimin kimə soyqırım tətbiq etdiyini aydın göstərir".
Jurnalist xəritəyə işarə edərək qətiyyətlə deyir ki, bu gün Ermənistanın bütün ərəb şərqinin başına bəla olmasının qarşısında tək maneə Türkiyədir. "Bu səbəbdən də Co Bayden oturub-durub 100 il öncə "erməni soyqırımı" olduğunu iddia edir. Qardaşım, o vaxt tək ermənilər deyil, Osmanlı əsgəri də ac idi. Osmanlı ordusunun ərzaqla təminatı çətinləşmişdi və bu əngəli yaradanlar Emanuel Karasu, Mason, yəhudi idi. O dövrdə acından ölməmək üçün Osmanlı əsgəri otu qaynadıb içirdi ki, ayaqda qalsın. O vaxt Osmanlı ordusu düşmənə deyil, aclığa yenilib" deyən S.Məşhur bu əsnada videoda hazırda həpsdə olan Səlahəddin Dəmirtaşın şəklinin müşayyiəti ilə HDP-ni təqdim edir. Bildirir ki, kommunist təfəkkürü üzərində yaradılan bu partiya ərazidə sadəcə bir millətin deyil, millətlərin olduğunu iddia edir. Yəni türk millətini kökündən rədd edir. Türkləri düşmən gözüylə görür. "Qardaşım, Əlcəzairdəyəmsə əlcəzairliyəm, Misirdəyəmsə misirliyəm, Mərakeşdəyəmsə mərakeşliyəm, daha bizi ərəbə-bərbərə bölməyin nə mənası var? Bəllidir, bu millətsiz kommunistlərin məqsədi Türkiyəni bölüb-parçalamaqdır. Bunları işi kürd xalqını öz arxalarıyla sürükləməkdir. Yolun sonunda isə ermənilərin qapısı dayanır", - deyir misirli jurnalist.
Cənab Məşhur çıxış yolu göstərir. Deyir ki, bu gün Türkiyədə ağıl savaşı gedir. Bunu İslam dünyası da etməlidir, amma nə yazıq ki, etmir. Onun sözlərinə görə, bu gün müsəlman dünyasının əlindən tutub qaldırmağa imkanı olan tək ölkə Türkiyədir. Bu səbəbdən də Türkiyə dayanmadan inkişaf etməli, güclənməlidir. Əks təqdirdə həm Türkiyə, həm də İslam dünyası boğulacaq.