İsrailin Fələstin əsilli həkimlərin Qəzzaya daxil olmasına icazə vermədiyi bildirilib.
Hafta.az-ın yazdığına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) daxili yazışmalarını araşdıran CNN, məhdudiyyətlərin xarici ölkələrdə yaşayan Fələstin əsilli həkimlərə şamil edildiyini yazıb.
CNN-ə müsahibə verən Fələstin əsilli amerikalı həkim Ciab Süleyman bildirib ki, keçən ay Qəzza zolağında təcili yardım işlərində iştirak etmək üçün İordaniyadan bölgəyə daxil olmaq istəyəndə ona icazə verilməyib.
Oktyabrın 7-dən bəri iki dəfə Qəzzada olduğunu bildirən həkim, İsrail ordusuna bağlı Fələstin Ərazilərində Hökumət Fəaliyyətlərinin Koordinasiya Birliyinin (COGAT) son anda onun icazəsini ləğv etdiyini bildirib.
ABŞ-da yerləşən “Rahma” humanitar yardım təşkilatının tibbi missiyasının zabiti Süleyman COGAT-a istinadən aşağıdakı açıqlamaları verdi: “Mənə dedilər ki, “Fələstin kimliyinə görə rədd edildin”. İnsanın fələstinli olduğundan, sırf etnik mənsubiyyətinə görə missiya üçün döyüş bölgəsinə girməsinə icazə verilməməsi çox üzücü, bezdirici və narahatedicidir.
CNN bildirib ki, İsrailin yeni siyasəti ilə bağlı bu məlumat ÜST-nin iyun ayındaki daxili yazışmalarına daxil edilib. Mesajlarda Fələstin əsilli səhiyyə işçilərinin bölgədəki vəzifələrdə iştirakının getdikcə çətinləşdiyi bildirilir.
Qəzzadakı qruplara göndərdiyi elektron poçtda ÜST bildirir ki, İsrail “valideynləri və babaları Fələstində doğulmuş və ya əvvəllər orada məskunlaşmış, Fələstin şəxsiyyəti olan və ya olmayan” tibb işçilərinə girişi qadağan edir.
Böyük Britaniyada yerləşən Fələstinlilərə Tibbi Yardım təşkilatının proqram direktoru Samir Sah, "Biz Fələstin əsilli ikili vətəndaşlara və ya Fələstin pasportlarına onların bölgəyə daxil olmalarının mümkün olmadığını söyləmək məcburiyyətindəyik" deyib.
CNN, Tel-Əviv rəhbərliyinin bu siyasət dəyişikliyinin İsrail ordusunun may ayında Misir sərhədindəki Rəfah şəhərində quru əməliyyatına başlamasından sonra gəldiyinə diqqət çəkib.
İsrail qüvvələri Rəfah sərhəd qapısına nəzarəti ələ keçirərək oradan tibbi yardımın qarşısını kəsib.
Müharibədən əvvəl fələstinli və ya Fələstin əsilli müxtəlif pasportlara malik tibb işçiləri Qəzza zolağına daxil olmaq üçün İsrail rəhbərliyinə müraciət edirdilər və ümumiyyətlə heç bir problem yaşamırdılar.
COGAT-dan CNN-ə göndərilən açıqlamada, Fələstin əsilli tibb işçilərinin Qəzzaya girməsinə mane olub-olmaması ilə bağlı birbaşa cavab verilməyib.