Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) və BMT-nin Uşaq Fondu (UNİCEF) oktyabrın 7-dən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 13750 uşağın həlak olduğunu bildirib.
Hafta.az-ın yazdığına görə, UNRWA-nın dünən dərc etdiyi hesabatda BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəsə çağıran qətnaməsinin bazar ertəsi axşam təsdiqlənməsindən bir neçə saat sonra UNICEF-in hesabatlarına istinad edərək, təxminən 10 uşağın öldürüldüyünü bildirilib.
UNRWA-nın hesabatında deyilir: “BMT Təhlükəsizlik Şurasının qətnaməsini qəbul etməsinə baxmayaraq, İsrail qüvvələri Qəzza boyu, xüsusilə Qəzza şəhərindəki Şifa xəstəxanası yaxınlığındakı Rimal bölgəsində, Xan Yunus mərkəzi, eləcə də Xan Yunisdəki Amal və Nasser xəstəxanalarının ətraflarında hərbi əməliyyatları davam etdirib. Ötən bazar ertəsi axşam BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Qəzza zolağında Ramazan ayı ərzində dərhal atəşkəs və bütün girovların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edən qətnamə layihəsi qəbul edilib".
BMT TŞ-nin seçilmiş üzvləri tərəfindən təqdim edilən və Ərəb Qrupunun dəstəklədiyi qətnamə layihəsi 14 səs çoxluğu ilə qəbul olunub, ABŞ isə səsvermədə bitərəf qalıb.