Yazını böyüt
Yazını kiçilt
Qərbi Nil virusu ilə mübarizə aparan İsraildə, Səhiyyə Nazirliyinin məlumatına görə, bu virusa yoluxduğu təsbit edilənlərin sayı 710-a yüksəlib.
Hafta.az-ın yazdığına görə, nazirlikdən verilən açıqlamada qeyd olunub ki, Qərbi Nil virusu epidemiyasının başladığı iyun ayından bu yana həyatını itirənlərin sayı 46 olub.
Mütəxəssislər bildirirlər ki, virusa yoluxanların 80 faizində heç bir əlamət yoxdur, yüzdə 20-də isə qızdırma, baş ağrısı və oynaq ağrıları kimi müxtəlif simptomlar ola bilər. Bildirilir ki, virusa yoluxanların 1 faizində beyin iltihabı və ya meningit kimi simptomlar nadir hallarda müşahidə olunur.