İsraili Venesiya Biennalesindən çıxarmaq üçün imza kampaniyası başladılıb

10:47 01.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliyada iki ildən bir keçirilən Venesiya Biennalesindən əvvəl İsrailin Fələstinlilərə qarşı vəhşiliklərinə görə bienalesdə kənarda qalması üçün “Venesiyadakı soyqırım pavilyonuna yox” başlığı ilə imza kampaniyası başladılıb.

Hafta.az-ın İtaliya mətbuatına istinadən yazdığına görə, bir qrup fəal və sənətçi “Anga” saytında dərc olunan bəyanatla imza kampaniyasını elan ediblər.

Açıqlamada, "Qəzzada fələstinlilərə qarşı vəhşilikləri davam etdirən dövləti təmsil edən sənət platformasının qəbuledilməz olduğunu bildiririk. Venesiya Biennalesindəki soyqırım pavilyonuna yox" ifadəsi işlədilib.

İsrail pavilyonunu hazırlayan kuratorların məhsuldarlıq mövzusunda əsər yaratmağa hazırlaşdıqları qeyd edilən bəyanatda, "İsrailin öz pavilyonu üçün hazırlıqları davam edərkən, Qəzza və İordan çayının qərb sahilində soyqırımdan ölənlərin sayı gündən-günə artır. İsrail 12 mindən çox uşağı öldürdü və tibb müəssisələrinə girişi məhv etdi. Nəticədə fələstinli qadınlar anesteziyasız qeysəriyyə əməliyyatı keçirərək küçədə uşaq dünyaya gətirirlər. Biennales soyqırım aparteid dövlətinə platforma təklif edir. Venesiya Biennalesindəki soyqırım pavilyonuna yox" deyilib.

Bildirilib ki, imzatoplama kampaniyasına indiyədək müxtəlif millətlərdən olan rəssamlar, kuratorlar və incəsənət ictimaiyyətinin adları daxil olmaqla 17 mindən çox insan dəstək verib.

İtaliyanın mədəniyyət naziri Gennaro Sangiuliano petisiyada sənətçilərin tələbini qəti şəkildə rədd edib. Məsələ ilə bağlı açıqlama verən Sangiuliano, "Bu qəbuledilməzdir. Sərgi azadlıq məkanıdır" deyərək sənətçilərin çağırışına qarşı çıxıb.

Venesiya Biennalesinin braziliyalı Adriano Perosanın kuratorluğu ilə "Hər yerdə qəriblər" mənasını verən "Stranieri ovunque" adlı 60-cı Beynəlxalq İncəsənət Sərgisi aprelin 20-də qapılarını açacaq və noyabrın 24-dək ziyarət ediləcək.

Oxunma sayı 225