İsrailin işğal etdiyi Colanda yerləşdirilən yəhudilərin sayı suriyalıları ötüb

11:00 20.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin işğal etdiyi Suriyanın Colan təpələrində məskunlaşdırılan yəhudilərin sayı bölgədəki yerli Suriya xalqını azlığa çevirib.

Hafta.az-ın yazdığına görə, bu barədə BMT-nin bəyanatında deyilir. Bildirilir ki, İsrailin Cohabelan təpələrini işğal etdiyi 1967-ci ildən bu yana bölgədə məskunlaşan yəhudilərin sayı yerli Suriya əhalisinin sayını ötüb.

Colan təpələrində nə qədər yəhudi köçkünün yaşadığına dair məlumat verməyən BMT, İsrailin bu ərazi ilə bağlı siyasət və tətbiqlərinin Suriya əhalisini ailə və mədəni bağlarından qopardığını, yerli xalqı İsrailə inteqrasiya etməyə məcbur etdiyini vurğulayıb.

Rəsmi Təl Əvivin BMT rəsmilərinin İsrailə, işğal altındakı Fələstin torpaqlarına və Colan təpələrinə girməsinə mane olduğu bildirilən açıqlamada, İsrailin bölgələrlə bağlı BMT-nin illik məsləhətləşmə tələblərini də cavabsız qoyduğu bildirilib.

BMT tərəfindən tanınan sərhədlərə görə Suriya ərazisi olan Colan təpələri 1967-ci ilin iyununda “6 günlük müharibə” zamanı İsrail ordusu tərəfindən işğal edilib. 1973-cü ildə Suriya-İsrail müharibəsində Suriya ordusu Colan təpələrinin üçdə birini geri ala bildi. 1973-cü ildən bəri bu 1800 kvadratkilometr ərazinin 1200 kilometri İsrailin, 600 kilometri isə Suriyanın nəzarətindədir.
Su ehtiyatları baxımından zəngin olan Colanın su ehtiyatları strateji əhəmiyyəti ilə yanaşı, işğaldan sonra açılan kanallarla İsrailə ötürülməyə başlandı.

1981-ci ildə İsrail Colanın ilhaq olunduğunu elan etdi və daha sonra bu əraziyə yəhudi köçkünləri yerləşdirməyə başladı. 2021-ci ilə qədər Colanın İsrailin nəzarətində olan hissəsində təxminən 25 min yerli əhali və 20 min yəhudi köçkünün olduğu bildirilir.

İsrail, strateji əhəmiyyətinə görə Colandan heç vaxt imtina etməyəcəyini vurğulayır. İsrailin Colanı ilhaq etmək qərarı yalnız ABŞ tərəfindən tanınır.