İsrailli deputatın sözləri əsirlərin yaxınlarını qəzəbləndirdi

09:50 09.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“The Times of Israel” qəzetində yer alan xəbərə görə, hakim Likud Partiyasının deputatı Keti Şitrit İsrail parlamentində Qadın və Gender Bərabərliyi Komitəsinin iclasında israilli məhbusların ailələrinə müraciət edib.

Hafta.az-ın yazdığına görə, Şitrit, "Bir səhər oyandığımda bir gözüm kor idi və əməliyyata alındım. Sağalmağım çox vaxt apardı. Geyinə, yuyuna və ya üzərimdə olan digər işləri görə bilmədim. Bunu sənə niyə deyirəm? Çünki həyatının birdən-birə necə alt-üst olduğunu anlaya bilirəm” deyib.

Şitritin İsraildə reaksiyalara səbəb olan açıqlamaları xüsusilə sosial media istifadəçiləri tərəfindən "laqeydlik" olaraq tənqid edilib.

İsrail ordusunun açıqlamasına görə, Qəzzada Həmas-ın nəzarətində olan 132 israilli məhbus var.