Yazını böyüt
Yazını kiçilt
İstanbul hava limanında qanunsuz yollarla Türkiyəyə gətirilən Napoleon dövrünə aid 153 qızıl pul və 7 dəyərli saat ələ keçirilib.
Hafta.az xəbər verir ki, tarixi əşyaların ölkəyə gətirilməsində şübhəli bilinən Əlcəzair əsilli bir Fransa vətəndaşı saxlanılıb.
Ələ keçirilən qızıl pulların 1851-1914-cü illərdə istehsal edilən hər biri 300-5 avro dəyərində Fransa pulu olduğu müəyyən edilib. Müsadirə edilən əşyalar arasında fərqli şirkətlərin istehsalı olan 7 dəyərli qol saatı da var.