İstanbulda Çin kəşfiyyatına işləmək şübhəsi ilə 6 nəfər SAXLANILDI

17:10 20.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İstanbulda Çin kəşfiyyatına işləmək şübhəsi ilə 6 nəfər saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edilib ki, bu səhər İstanbulda keçirilən əməliyyatda 7 şübhəlidən 6-sı saxlanılıb. 1 şübhəlinin tutulması istiqamətində işlər davam edir.

Həmçinin bildirilib ki, topladıqları məlumat və sənədləri Çin Xalq Respublikasının kəşfiyyat ünsürlərinə ötürdükləri iddia edilən şübhəlilər haqqında həbs qərarı çıxarılıb.