Yazını böyüt
Yazını kiçilt
İtaliyada separatçı ermənilərin Azərbaycana qarşı daha bir təxribatçı addımına şərait yaradılıb. Belə ki, ölkə şəhərlərindən birində Qarabağda ləğv olunmuş separatçı-terrorçu rejimə həsr olunmuş foto-sərgi keçiriləcək.
Hafta.az xəbər verir ki, bu haqda “@reartsakh” teleqram-kanalı məlumat yayıb.
“Dağlıq Qarabağ, satılmış sülh” adlı qondarma sərgi “Filisofarti 2024” festivalı çərçivəsində təşkil olunub.
Fotoqraf Robert Travanın işi fevralın 11-dən martın 3-dək “Castellanza” şəhərində nümayiş etdiriləcək.