İtaliyalı jurnalist erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır - Hikmət Hacıyev

21:18 05.11.2020
Yazını böyüt
Yazını kiçilt

Hazırda İtaliyanın "La Republica" qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O bildirib ki, erməni lobbisi tərəfindən jurnalistlərin təhdid edilməsini, azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq.